...

Azərbaycan Prezidenti Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 14 Dekabr 2010 14:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranın etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranın etimadnaməsini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Jolt Çutora fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini, əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib. Bu yaxınlarda Macarıstanın Baş nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib. Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin istər ikitərəfli, istərsə də Avropa strukturları ilə əməkdaşlıq baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev səfirin fəaliyyətinin səmərəli olacağına və ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Jolt Çutora Macarıstan Prezidenti Pal Şmittin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkəmizdə bir neçə dəfə olduğunu deyən macarıstanlı diplomat xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük qürur hissi ilə xatırlayıb. Səfir əlaqələrimizin çox sürətlə inkişaf etdiyini deyib. Ölkəsinin Azərbaycan ilə energetika sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən diplomat Nabukko və AGRİ kimi layihələrin önəmini qeyd edib.

Dövlət başçısı Macarıstan Prezidenti Pal Şmittin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Macarıstanın dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti