Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Hacıyev/
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
DUİ Sədrlər Şurası qərarların icra vəziyyətini qənaətbəxş hesab edib və 14-cü "Qarabağ forumu"nun nəticələrini müsbət qiymətləndirib.
DUİ Sədrlər Şurası müzakirələrdə deyilən fikirlərin nəzərə alınmasını qərara alıb.
Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə dekabrın 5-də 14-cü "Qarabağ forumu" keçirilib. Forumda DUİ-yə daxil olan partiyalarla yanaşı, AMİP, Azərbaycan İslam Demokrat, Milli Dövlətçilik və digər partiyaların sədrləri və politoloqlar iştirak edib.
Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.