...

Azərbaycan Parlamenti dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələri artırdı

Siyasət Materials 21 Dekabr 2010 17:43 (UTC +04:00)
Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu pozuntuya görə cərimənin məbləği fiziki şəxslər üçün 100-300 manat, vəzifəli şəxslər üçün isə 200-500 manat göstərilirdisə, yeni layihədə bu, fiziki şəxslər üçün 1500-2000 manat, vəzifəli şəxslər üçün isə 7000-8000 manat nəzərdə tutulur.
Azərbaycan Parlamenti dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələri artırdı

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləğinin fiziki şəxslər üçün altı, vəzifəli şəxslər üçün on altı dəfəyədək artırılması barədə qanunvericiliyə dəyişikliyi qəbul edib.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu pozuntuya görə cərimənin məbləği fiziki şəxslər üçün 100-300 manat, vəzifəli şəxslər üçün isə 200-500 manat göstərilirdisə, yeni layihədə bu, fiziki şəxslər üçün 1500-2000 manat, vəzifəli şəxslər üçün isə 7000-8000 manat nəzərdə tutulur.

Millət vəkili Aqil Abbas iclasda çıxış zamanı bildirib ki, öz xeyri üçün dini cərəyanlardən istifadə edən şəxslər üçün 3-5 min manat cərimə əhəmiyyətsiz məbləğdir. O, həmin dini qurumların ləğv olunmasının daha məqsədəuyğun hesab etdiyini bildirib. "Bu gün demək olar ki, Azərbaycanda hər 10-15 nəfərə bir dini qurum düşür", - Abbas bildirib.

Millət vəkili deyib ki, mənşəyi bilinməyən bir sıra dini təriqətlər Azərbaycanda mövcud tolerantlıqdan istifadə edib ölkəni poliqona çeviriblər.

Milli Məclisin spikeri Oqtay Əsədov müzakirə zamanı bildirib ki, bəzən cəmiyyətdə deputatların dindən uzaqlaşdığı barədə fikirlər gəzir.

"Millət vəkilləri dini də sevir, Allahı da. Sadəcə olaraq deputatlar cəmiyyətlə maarifləndirici iş aparmalıdırlar", - Əsədov bildirib.

Məcəlləyə edilən əlavələrə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar 200 manatdan 400 manatadək miqdarda, vəzifəli şəxslər 400 manatdan 600 manatadək miqdarda, hüquqi şəxslər 2 min manatdan 4 min manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 200 manatdan 400 manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə inzibati qaydada Azərbaycanın hüdudlarından kənara çıxarılır.

Xəbər lenti

Xəbər lenti