...

İndoneziya Azərbaycanda səfirlik açır

Siyasət Materials 29 Dekabr 2010 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

İndoneziya XİN ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və iqtisadi potensialın yaxşılaşdırılması üçün dünya üzrə 11 diplomatik nümayəndəlik açıb. Bu barədə Xinhua agentliyi məlumat verib.

İndoneziyanın daimi nümayəndələri Cakartadakı Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasında qeydiyyata alınacaq, həmçinin Qazaxıstanda, Azərbaycanda, Bəhreyndə, Əmanda, Mozambikdə, Panamada, Ekvadorda, Bosniya və Hersoqovinada, Xorvatiyada səfirlik və Malayziyada konsulluq açılacaq.

İndoneziayanın xarici işlər naziri Marti Nataleqavanın sözlərinə görə, diplomatik nümayəndəliklərin açılmasının İndoneziyanın sadalanan dövlətlər və təşkilatlarla müxtəlif sahələrdə, indoneziyalı əmək miqrantlarına xaricdə xidmətlərin göstərilməsi və inların hüquqi müdafiəsi də daxil olmaqla ikitərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Bu 11 diplomatik nümayəndəliyin açılması ilə İndoneziyanın xaricdəki səfirliklərinin sayı 130-a çatacaq.

Nazirin sözlərinə görə, İndoneziayanın Qafqazda və Mərkəzi Asiyada - Azərbaycanda və Qazaxıstanda nümayəndəliklərinin açılması çox mühüm addımdır. Çünki hər iki ölkə enerji resursları ilə zəngindir.

"Bu, enerji təhlükəsizliyinin əldə olunmasına kömək edə bilər", - Nataqelava bildirib.

Azərbaycanın İndoneziyadakı səfirliyi 2005-ci ildə açılıb.

Nazir, jurnalistlərə onu da bildirib ki, gələcəkdə İndoneziya daha 21 ölkədə diplomatik nümayəndəlik açmaq fikrindədir. Onun sözlərinə görə, İndoneziya tərəfindən Fələstinin müstəqilliyinin dəstəklənməsi səbəbindən İsrail istisna olmaqla, Cakartanın planlarına bütün dünyadakı dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti