...

Avropa İttifaqı İƏT ölkələrində narkotiklə mübarizəyə 9,5 milyon avro sərmayə yatıracaq

Siyasət Materials 24 Yanvar 2011 14:47 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropa İttifaqı İƏT ölkələrində narkotiklə mübarizə sahəsinə 9,5 milyon avro sərmayə yatıracaq. Bunu İƏT-in baş katibi Məhəmməd Yəhya Mərufi deyib. Bu barədə Trend İranın /econews.ir/ xəbər saytına istinadən məlumat verir.
Avropa İttifaqı İƏT ölkələrində narkotiklə mübarizəyə 9,5 milyon avro sərmayə yatıracaq

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Cəfərov/

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropa İttifaqı İƏT ölkələrində narkotiklə mübarizə sahəsinə 9,5 milyon avro sərmayə yatıracaq. Bunu İƏT-in baş katibi Məhəmməd Yəhya Mərufi deyib. Bu barədə Trend İranın /econews.ir/ xəbər saytına istinadən məlumat verir.

"9,5 milyon avroluq layihəni İƏT Aİ, GTZ və İnterpolla birgə həyata keçirəcək. Bu layihə İƏT ölkələrində narkotiklərlə mübarizənin gücləndirilməsinə yönəldilib", - Mərufi deyib.

O, əlavə edib ki, 2009-cu ilin statistikasına əsasən, Əfqanıstanda xaşxaş əkini 22 faiz azalıb, 24 əyalətdə isə tamamilə ləğv edilib.

Mərufi narkotik qaçaqmalçılığını İƏT ölkələri üçün təhlükə mənbəyi kimi dəyərləndirib. O deyib ki, narkotiklərlə mübarizədə bütün ölkələr əməkdaşlıq etməlidir və İƏT-ə üzv ölkələr narkotiklərlə mübarizdə katalizator rolunu oynaya bilər.

Tehranda yanvarın 24-25-də "Əfqanıstandan gətirilən narkotiklərə qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda İƏT-ə üzv 10 ölkənin, Aİ-nin, UNODC-nin, İnterpolun və İranın Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edirlər.

Azərbaycanı konfransda Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Elşad Məmmədli təmsil edir.

Xəbər lenti

Xəbər lenti