...

Azərbaycanın müxalif partiyası Avropa İttifaqını Barrozunun təhrif olunan çıxışını düzəltməyə çağırıb

Siyasət Materials 24 Yanvar 2011 16:45 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) Avropa İttifaqı ilə əlaqələrin daha da güclənməsinin tərəfdarıdır.
Azərbaycanın müxalif partiyası Avropa İttifaqını Barrozunun təhrif olunan çıxışını düzəltməyə çağırıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat Partiyası (ADP) Avropa İttifaqı ilə əlaqələrin daha da güclənməsinin tərəfdarıdır.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri zamanı Qarabağ probleminə dair səsləndirdiyi bəyanatında Azərbaycanın ərazi bütövlüyü məsələsinin sonradan mətndən çıxarılmasına görə Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə yenidən baxmaq lazım deyil. Trend-in məlumatına görə, bu barədə fikirlər Azərbaycan Demokrat Partiyasının (ADP) idarə heyətinin bazar ertəsi keçirilən iclasında səsləndirilib.

ADP-nin idarə Heyəti üzvləri Avropa İttifaqını bu səhvi təcili düzəltməyə çağırıb, Azərbaycan hökumətinin isə bu cür tələsik bəyanatlar verməsindən narahat olduğunu bildirib və hakimiyyət nümayəndələrini ölkəmizin beynəlxalq aləmə inteqrasiya olunmasında əsas vasitə olan Avropa İttifaqı ilə bundan sonra da siyasi və iqtisadi əlaqələrini gücləndirməyə çağırıb.

Joze Manuel Barrozunun sədrliyi ilə Avropa Komissiyasının nümayəndə heyəti yanvarın 13-də Bakıya gəlib. Bu, Avropa Komissiyası sədrinin fəaliyyəti dövründə Azərbaycana ilk səfəri olub. Barrozunu energetika üzrə Avropa komissarı Günter Ottinger müşayiət edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı Barrozu digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Sonradan Avropa İttifaqının rəsmi saytında Barrozunun çıxışı dərc edilərkən onun Azərbaycanın ərazi bütövlüyü barədə səsləndirdiyi fikirlər təhrif olunub.

Xəbər lenti

Xəbər lenti