Ukrayna və Azərbaycan Perunun etdiyi kimi, vətəndaş etirazının amansız şəkildə yatırdılması ilə əlaqədar Liviya ilə diplomatik münasibətləri pozmaq fikrində deyillər.
UNIAN-ın məlumatına görə, bu barədə çərşənbə günü Kiyevdə Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbaut konfransında bəyan edib.
Qrişenko qeyd edib ki, Liviyada 2,5 minə yaxın Ukrayna vətəndaşı var və Ukrayna üçün onların təhlükəsizliyini və təxliyyə imkanını təmin etmək çox vacibdir.
Məmmədyarov vurğulayıb ki, beynəlxalq təcrübədən çıxış edərək, o, son tədbir olan diplomatik münasibətlərin pozulmasının vəziyyətin sabitləşməsi üçün nəticə verə biləcəyinə inanmır.
"Mən onun tərəfdarıyam ki, bu ölkədə vəziyyətin sabitləşməsi üçün daha diplomatik səy, danışıqlar, Liviyada barrikadanın müxtəlif tərəflərində olan bütün tərəflərlə dəqiq əlaqələrin yaradılması lazımdır", - Məmmədyarov bildirib.
Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 233 nəfər həlak olub. Rəsmi hakimiyyət 84 nəfərin həlak olmasını təsdiqləyir.