...

Azərbaycan Gürcüstan və Macarıstanla hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət Materials 1 Mart 2011 12:27 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Macarıstan və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul edib.
Azərbaycan Gürcüstan və Macarıstanla hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri Macarıstan və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, martın 1-də nazir Səfər Əbiyev Macarıstan və Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Jolt ÇutoraTeymuraz Şaraşenidze ilə görüşüb.

Görüşlər zamanı ölkələr arasında hərbi əməkdaşlıq məsələləri və regionda mövcud olan hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti