...

Azərbaycan və Litvanın Baş prokurorluqları arasında korrupsiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Siyasət Materials 27 Aprel 2011 11:47 (UTC +04:00)
Bakıda Azərbaycan və Litvanın Baş prokurorluqları arasında korrupsiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Azərbaycan və Litvanın Baş prokurorluqları arasında korrupsiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan və Litvanın Baş prokurorluqları arasında korrupsiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə çərşənbə günü Trend-ə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas məlumat verib.

Onun sözlərinə görə, bu gün Litvanın Baş prokuroru Darius Valysın Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Valys azərbaycanlı həmkarı Zakir Qaralovla görüşüb.

Memoranduma əsasən, Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Litva Baş Prokurorluğunun Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi bu sahədə əməkdaşlıq edəcək.

Azərbaycan və Litva Baş Prokurorluqları, həmçinin Avropa İttifaqının "Əkizlər" proqramı çərçivəsində də əməkdaşlığı davam etdirirlər.

Litva Avropa İttifaqının "Əkizlər" proqramı üzrə iki tenderində qalib gəlib. Bu proqram üzrə Litva Seymi Azərbaycan Milli Məclisinin tərəfdaşıdır. Proqram çərçivəsində Litva Xüsusi Təhqiqatlar Xidməti və Azərbaycanın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında əməkdaşlıq həyata keçirilir. Hər iki layihə Avrointeqrasiya sahəsində müsbət praktika və zəngin təcrübəni ifadə edir.

Darius Valysın Azərbaycana səfəri iki gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti