...

İctimai Palata müxalifətin yeni birliyinin yaradılmasını ləngidir

Siyasət Materials 19 May 2011 14:35 (UTC +04:00)
İctimai Palatadan daxil olan müraciət müxalifətin yeni birliyinin yaradılmasını ləngidir.
İctimai Palata müxalifətin yeni birliyinin yaradılmasını ləngidir

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir T.Hacıyev/

İctimai Palatadan daxil olan müraciət müxalifətin yeni birliyinin yaradılmasını ləngidir.

"Parlament seçkilərində "İnsan naminə" seçki blokuna daxil olan və digər müxalifət partiyalarının təsis etməyə hazırlaşdığı yeni birlik modelinin reallaşmasına İctimai Palata daxilində yaradılmış bitərəf ziyalılardan ibarət Vətəndaş Hərəkatından daxil olan müraciət mane olub. Həmin müraciətdə müxalifətin daha geniş birliyinin yaradılması ilə bağlı təkliflər səsləndirilib. Ona görə də Vətəndaş və İnkişaf (VİP), Liberal (ALP) partiyaları və digər təşkilatlar yeni birlik modelini elan etməyi təxirə salıblar", - cümə axşamı Trend-ə VİP sədri Əli Əliyev bildirib.

"Müraciət İctimai Palatada təmsil olunan bitərəf ziyalılar adından edilib. Onlar xahiş edirlər ki, 8 partiyanın bir araya gəlməsini dəstəkləyək. Yeni birlik modeli VİP və ALP tərəfindən irəli sürülmüş formatdır", - Əliyev əlavə edib.

Onun sözlərinə görə, yeni birlik yaratmağı planlaşdıran təşkilatların daxilində belə bir yanaşma var ki, birliyin elan olunması bir müddət ləngiməlidir.

"Biz istəyirik ki, təsis edəcəyimiz təşkilat gələcəkdə müəyyən şəxslər tərəfindən müxalifətin məsləhətləşmə formuluna mane olan qurum kimi təqdim olunmasın", - o qeyd edib.

VİP sədri onu da bildirib ki, birliyin yaradılması ilə bağlı vahid ideya var.

"Artıq tərəfdaşlarımız da seçilib. Qalıb bircə təşkilatın adını elan etmək və onun tərkibindəki partiyaları cəmiyyətə təqdim etmək. Biz düşünürdük ki, may ayında təşkilatı elan edək, ancaq həmin hərəkatdan bizə daxil olan müraciət işimizi bir qədər ləngitdi, çünki müxalifətin daha geniş formatda əməkdaşlığında maraqlıyıq", - Əliyev vurğulayıb.

VİP sədri İctimai Palatada təmsil olunan bitərəf ziyalıların müraciəti haqda da məlumat verib.

"Bitərəf ziyalıların müraciətində göstərilir ki, mövcud İctimai Palata müxalifətin, cəmiyyətin bütün sferalarını əhatə etmir. Daha geniş müttəfiqliyə, əməkdaşlığa nail olunması üçün bəzi prinsiplərdən imtina edilməlidir. Müxalifətin bir araya gəlməsi istiqamətində bütün mümkün addımların atılması xahiş olunur", - o deyib.

Xəbər lenti

Xəbər lenti