...

Ramiz Mehdiyev: Azərbaycan və Rusiya qarşılıqlı humanitar fəaliyyət sahəsində beynəlxalq səviyyəyə daxil olur

Siyasət Materials 10 İyun 2011 14:34 (UTC +04:00)
Rusiyada Azərbaycanla əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilir. Bu barədə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin azərbaycanlı həmkarı Ramiz Mehdiyevlə görüşdə deyib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
Ramiz Mehdiyev: Azərbaycan və Rusiya  qarşılıqlı humanitar fəaliyyət sahəsində beynəlxalq səviyyəyə daxil olur

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Rusiyada Azərbaycanla əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilir. Bu barədə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin azərbaycanlı həmkarı Ramiz Mehdiyevlə görüşdə deyib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Administrasiya rəhbərləri oktyabrın əvvəlində keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin növbəti iclasını keçiriblər.

"Biz ölkələrimiz arasında əməkdaşlıqdan çox məmnunuq. Rusiya və Azərbaycan humanitar məsələlərə böyük əhəmiyyət verir. Beynəlxalq gündəlik üzrə isə Moskva və Bakının mövqeyi oxşardır, çox vaxt üst-üstə düşür", - Narışkin qeyd edib.

Mehdiyev xatırladıb ki, forumun keçirilməsi təşəbbüsü ilə iki ölkənin prezidentləri çıxış edib. "Biz Azərbaycanda bu məsələyə çox təmkinlə və böyük məsuliyyətlə yanaşırıq", - o deyib.

"Güman edirik ki, forum Moskva və Bakının əməkdaşlığının təkcə itisadi sahədə deyil, həm də humanitar problemlər üzrə inkişaf etməsi baxımından önəmli olacaq", - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri əlavə edib.

Mehdiyevin sözlərinə görə, "Foruma təkcə Rusiyadan deyil, həm də Avropa dövlətlərindən bir çox məşhur insanlar gələcəklər".

"Bakı Forumu təsdiq edəcək ki, Azərbaycan və Rusiya qarşılıqlı humanitar faliyyət sahəsində beynəlxalq səviyyəyə daxil olur", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti