...

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - baş katibin müavini

Siyasət Materials 8 İyul 2011 11:45 (UTC +04:00)
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bizim əlaqələrimiz gələcəkdə də inkişaf edəcək.
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - baş katibin müavini

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bizim əlaqələrimiz gələcəkdə də inkişaf edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü NATO baş katibinin meydana gələn çağırışlar üzrə müavini, səfir Qabor İklodi "Saloğlu layihəsi"nin başa çatmasına həsr olunmuş tədbirdə bildirib.

İklodi NATO-nun dəstəklədiyi ən iri konversiya layihələrindən biri - partlamamış döyüş sursatlarının təmizlənməsi üzrə "Saloğlu layihəsi"nin başa çatmasına həsr olunmuş tədbirdə iştirak edir.

Saloğlu sovet ordusunun Cənubi Qafqazda ən iri hərbi bazası olub. 1991-ci ilin avqustunda bazada törədilən partlayış nəticəsində 138 anbar dağıdılıb. "Saloğlu layihəsi" 2005-ci ilin dekabrında start götürüb və bu günədək oradan 640 mindən artıq sursat tapılıb və zərərsizləşdirilib.

İklodinin sözlərinə görə, "Saloğlu layihəsi" Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.

NATO baş katibi müavininin sözlərinə görə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə gələcək işlər üçün daha bir fond yaradılacaq.

Xəbər lenti

Xəbər lenti