...

Prezident İlham Əliyev NATO baş katibinin müavinini qəbul edib

Siyasət Materials 8 İyul 2011 17:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü NATO baş katibinin müavini Qabar İklodini qəbul edib.
Prezident İlham Əliyev NATO baş katibinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü NATO baş katibinin müavini Qabar İklodini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə NATO-nun Təchizat və Təminat Agentliyinin birgə həyata keçirdiyi partlamamış mərmilərin təmizlənməsi layihəsinin başa çatmasından məmnunluq ifadə olundu.

Görüşdə, həmçinin terrorizmə qarşı mübarizə, enerji və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti