...

Gürcüstanın doqquz müxalifət partiyası prezidentin impiçmentini tələb edib

Siyasət Materials 8 Avqust 2011 23:26 (UTC +04:00)
Gürcüstanın doqquz müxalifət partiyası ölkə prezidenti Mixail Saakaşvilinin impiçmentini tələb edib.
Gürcüstanın doqquz müxalifət partiyası prezidentin impiçmentini tələb edib

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstanın doqquz müxalifət partiyası ölkə prezidenti Mixail Saakaşvilinin impiçmentini tələb edib.

Leyborist partiyasının sədri Şalva Natelaşvili bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, impiçmenti tələb edən sənədə o özü və həmçinin "Demokratik hərəkat"ın lideri Nino Burcanadze, "Azad Gürcüstan"ın başçısı Kaxa Kukava, "Gürcüstan partiyası"nın sədri Sozar Subari, "Ağ hərəkat"ın lideri Temur Şaşiaşvili, "Yaşıllar partiyası"nın sədri Giorgi Qaçeçiladze, "Ədalətli Gürcüstan uğrunda hərəkat"ın lideri Serqo Cavaxadze, Sosial Demokrat partiyasının başçısı Giorgi Jorjoliani və "Gürcüstanı müdafiə et " hərəkatının başçısı Levan Qaçeçiladze imza atıblar.

Natelaşvili deyib ki, Saakaşvili Gürcüstanın ən böyük düşmənidir və nə qədər ki o hakimiyyətdədir, ölkəni heç nə xilas edə bilməz.

Xəbər lenti

Xəbər lenti