...

Azərbaycan Prezidenti Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Siyasət Materials 2 Sentyabr 2011 18:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 (beş) milyon manat, o cümlədən Culfa rayonunda uzunluğu 57,6 km olan, 25 min nəfər əhalinin yaşadığı 20 kəndi əhatə edən Çeşməbasar - Boyəhməd avtomobil yolunun yenidən qurulması üçün 3 (üç) milyon, Kəngərli rayonunda uzunluğu 39,2 km olan, 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən Naxçıvan - Sədərək magistralı - Təzəkənd - Çalxanqala - Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması üçün 2 milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti