...

Azərbaycan Prezidenti Bakıda 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 5 Sentyabr 2011 21:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidenti Bakıda 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsindəki 179 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. İki birləşmiş korpusdan ibarət olan 179 nömrəli məktəbdə 2350 şagirdin təhsil aldığı bildirilib. İki mərtəbədən ibarət korpuslardan biri 1936-cı ildə, üç mərtəbədən ibarət digər korpus isə 2005-ci ildə inşa olunub. Yeni dərs ili ərəfəsində 179 nömrəli orta məktəb binası əsaslı şəkildə təmir edilib. Sinif otaqları, dəhliz və ayrı-ayrı fənn kabinetləri müasir standartlar səviyyəsində yenidən qurulub. Məktəbdə şagirdlərin təhsili üçün lazım olan bütün şərait yaradılıb.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan dövlət başçısı yeni məktəb binasının inşası üçün müvafiq yer ayrılması barədə göstərişlər verib.

Xəbər lenti

Xəbər lenti