...

Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupu yaradılır

Siyasət Materials 10 Sentyabr 2011 12:12 (UTC +04:00)
Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupu yaradılır.
Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupu yaradılır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupu yaradılır.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Milli Məclis, Ombudsman Aparatı və polis nümayəndələrinin iştirakı ilə yaradılacaq işçi qrupu gələcəkdə ailə məsələləri ilə bağlı qanunvericilikdə və təcrübədə rast gəlinən problemləri müzakirə edəcək və onların həlli istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək.

Ali Məhkəmədən bildiriblər ki, boşanma ilə bağlı mübahisələrə baxarkən təcrübədə qadınların və uşaqların hüquqlarının pozulması faktlarına rast gəlinir.

İşçi qrupunun yaradılması təklifi ilə Dövlət Komitəsi çıxış edib.

Bir müddət əvvəl boşanma zamanı uşaq və qadınların hüquqlarının pozulması ilə bağlı yaranan problemlərin müzakirəsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Ali Məhkəmədə "dəyirmi masa" keçirilmişdi.

Komitə sədri Hicran Hüseynova mətbuata açıqlamasında bildirmişdi ki, onlara müraciət edən qadınlar məhkəmə qərarlarından narazıdırlar, uşaqların və qadınların hüquqlarının pozulduğunu deyirlər.

Dövlət Komitəsinin sədri məhkəmə zamanı qadın və uşaqlarla bağlı düzgün qərar qəbul etmək üçün məhkəmə proseslərində psixoloq və sosial işçilərin iştirakının da zəruri olduğunu bildirib.

"Ailə ilə bağlı problemlərdə elə nüanslar var ki, onların həllində, onlara qiymət verilməsində bu mütəxəssislərə ehtiyac var. Onların rəyi nəzərə alınmaqla qəbul edilən qərarlarda uşaqların və qadınların hüquqları müdafiə olunacaq", - Hüseynova əlavə edib.

Xəbər lenti

Xəbər lenti