...

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sarsılmayacaq - səfir

Siyasət Materials 15 Sentyabr 2011 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri böyük tarixi yol keçib və heç zaman sarsılmayacaq. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 93-cü il dönümü ilə bağlı Şəhidlər xiyabanındakı türk əsgərlərin məzarlığında təşkil olunmuş anım mərasimində bildirib.

1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Xəbər lenti

Xəbər lenti