...

Yəməndə və Suriyada kütləvi cümə nümayişləri keçirilir

Siyasət Materials 7 Oktyabr 2011 16:58 (UTC +04:00)
Yəməndə və Suriyada cümə namazından sonra minlərlə nümayişçinin iştirakı ilə kütləvi aksiyaların keçirilməsinə başlanıb.
Yəməndə və Suriyada kütləvi cümə nümayişləri keçirilir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Yəməndə və Suriyada cümə namazından sonra minlərlə nümayişçinin iştirakı ilə kütləvi aksiyaların keçirilməsinə başlanıb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

Aksiya iştirakçıları hazırkı rejimin istefasını tələb edirlər.

Suriyadakı cümə nümayişi "Milli Şura Cüməsi" şüarı altında keçirilir və bir az əvvəl yaradılan Milli Keçid Şurasına dəstəyi simvolizə edir.

Ankara regionla bağlı bütün qərarları kənar məsləhət olmadan qəbul edir. Ona görə də zərurət olarsa, Türkiyə Suriya ilə müharibəyə hazırdır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend cümə günü "Timeturk" qəzetinə istinadən məlumat verib.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Yəməndə daxili vəziyyət Səudiyyə Ərəbistanında müalicədə olan Prezident Salehin ölkəyə gəlişindən sonra kəskin şəkildə pisləşib. Regionun bir çox digər ölkələrində olduğu kimi, Yəməndə də inqilabi yüksəliş baş verir. Müxtəlif qiymtələndirmələrə görə, artıq üç minə yaxın insanın bu hadisələrin qurbanı ola biləcəyi ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti