...

Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları Müstəqillik Gününü qeyd ediblər

Siyasət Materials 17 Oktyabr 2011 14:49 (UTC +04:00)
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Almaniya, İsveç, Danimarka və Kanadada bayram tədbirləri keçirilib.
Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları Müstəqillik Gününü qeyd ediblər

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Almaniya, İsveç, Danimarka və Kanadada bayram tədbirləri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirlərdə Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Tədbirlərin iştirakçılarına ölkəmizin müstəqillik tarixi, respublikanın keşməkeşli günləri, eləcə də Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətini əks etdirən kitablar, broşürlər və Azərbaycan haqqında film, mədəniyyət və incəsənət nümunələrindən ibarət sərgi nümayiş etdirilib.

Tədbirlərdə daha sonra Azərbaycan musiqisi səsləndirilib.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan edib.

Xəbər lenti

Xəbər lenti