...

Azərbaycan Türkiyədəki terror aktını kəskin pisləyib

Siyasət Materials 19 Oktyabr 2011 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Türkiyədə törədilən terror aktını kəskin pisləyir.

"Biz terrorizmin bütün növünü pisləyirik və Türkiyə xalqına başsağlığı veririk. Azərbaycan həmişə qardaş Türkiyə xalqının yanındadır", - çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Trend-ə deyib.

Oktyabrın 19-da terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbiçilərə hücum ediblər. Nəticədə 24 nəfər həlak olub, 18 hərbiçi yaralanıb.

Məlum olub ki, yaraqlılar hücumdan sonra İraq ərazisində gizləniblər.

Türkiyə Silahlı Qüvvələri PKK yaraqlılarının hərbiçilərə qarşı bugünkü hücumuna cavab olaraq İraqın şimalında yerüstü və hava əməliyyatlarına başlayıb. Bu barədə Haber 7 telekanalı məlumat verib.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.
Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.
Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Xəbər lenti

Xəbər lenti