Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Zaman" qəzeti xəbər verir.
Bundan başqa, Türkiyənin energetika naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə və Azərbaycanın nəqliyyat nazirləri Bineli Yıldırım və Ziya Məmmədov, Türkiyənin sənaye, texnologoya və informasiya naziri Zəfər Çağlayan və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyə və Azərbaycanın müdafiə nazirləri İsmət Yılmaz və Səfər Əbiyev arasında görüşlər keçirilib.