...

Yeni hökumətin tərkibinə bütün siyasi qüvvələr daxil ola bilər - Misirin Baş naziri

Siyasət Materials 25 Noyabr 2011 19:24 (UTC +04:00)
Hökumətin tərkibinə ölkənin bütün siyasi qüvvələri daxil ola bilər.
Yeni hökumətin tərkibinə bütün siyasi qüvvələr daxil ola bilər - Misirin Baş naziri

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir A.Tağıyeva/

Hökumətin tərkibinə ölkənin bütün siyasi qüvvələri daxil ola bilər. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə günü mətbuat konfransında Misirin Baş naziri Kamal əl-Qanzuri deyib.

Baş nazirin sözlərinə görə, yeni hökumət misirlilərin maraqlarına xidmət edəcək.

Misirdə artıq bir həftədir hökumət əleyhinə etiraz aksiyaları davam edir. Aksiyaların mərkəzi yanvarda baş verən xalq üsyanında olduğu kimi, Qahirənin Təhrir meydanıdır. Nümayişlər iğtişaşlarla və polislə toqquşmalarla müşahidə edilir. Bunun nəticəsində 40-dan artıq insan ölüb, 4 minə qədər insan isə xəsarət alıb.

Təhrirə dəstək aksiyaları Misirin bütün iri şəhərlərində və əyalətlərində keçirilir.

Noyabrın 28-də Misirdə parlament seçkilərinin birinci turu keçirilməlidir. Müşahidəçilər ehtiyat edirdilər ki, səsvermə təhlükəsizlik sahəsində həddən artıq narahat vəziyyətə görə baş turmaya bilər, lakin hərbi hakimiyyət cümə axşamı səsvermənin təyin edildiyi vaxtda keçiriləcəyini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti