...

Macarıstan İran XİN rəhbərinin təyyarəsinə ölkənin hava sərhədindən keçməyə icazə verməyib

Siyasət Materials 28 Noyabr 2011 17:15 (UTC +04:00)
İranın MEHR xəbər agentliyi Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verir ki, ölkənin XİN rəhbəri Əli Əkbər Salehinin Niderlanda səfəri ləğv olunub.
Macarıstan İran XİN rəhbərinin təyyarəsinə ölkənin hava sərhədindən keçməyə icazə verməyib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın MEHR xəbər agentliyi Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verir ki, ölkənin XİN rəhbəri Əli Əkbər Salehinin Niderlanda səfəri ləğv olunub. O, bu səfərin ləğv olmasına səbəb kimi Macarıstanın Salehinin təyyarəsinə bu ölkənin hava sərhədindən keçməyə icazə verməməsini göstərib.

Məlumatda bildirilir ki, artıq Macarıstanın Tehrandakı səfirindən hadisə ilə bağlı izahat tələb olunub.

İranın "Tehran Emruz" qəzeti bu gün səhər məlumat verib ki, Əli Əkbər Salehinin təyyarəsi Niderlanda uçarkən saxlanılıb və Salehinin Niderlanda səfəri təxirə salınıb. O, ölkəyə geri dönür.

Mənbə həmçinin bildirib ki, səfərdən öncə bütün hava nəqliyyatı üzrə razılaşmalara baxmayaraq, Macarıstanın bu addımı anlaşılan deyil.

Salehi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Haaqada keçiriləcək iclasında iştirak etmək üçün Niderlanda səfər edirmiş.

Xəbər lenti

Xəbər lenti