...

İlham Əliyev BƏƏ Prezidentini və Dubay Əmirini təbrik edib

Siyasət Materials 1 Dekabr 2011 18:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.
İlham Əliyev BƏƏ Prezidentini və Dubay Əmirini təbrik edib

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev şeyx Xəlifə bin Zayed Al Nəhyana ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına sülh və firavanlıq diləyib.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma da təbrik məktubu ünvanlayıb.

"Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti