...

MDB dövlətlərinin başçıları dekabrda Moskvada görüşəcəklər

Siyasət Materials 2 Dekabr 2011 13:26 (UTC +04:00)
MDB dövlətləri başçılarının Birliyin yaradılmasının 20 illiyinə həsr olunmuş qeyri-formal iclası dekabrın 20-də Moskvada keçiriləcək.
MDB dövlətlərinin başçıları dekabrda Moskvada görüşəcəklər

Azərbaycan, Bakı, 2 dekabr / Trend, müxbir S.Ağayeva/

MDB dövlətləri başçılarının Birliyin yaradılmasının 20 illiyinə həsr olunmuş qeyri-formal iclası dekabrın 20-də Moskvada keçiriləcək. Bu barədə Trend MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadən bildirir.

MDB 1991-ci ilin sonunda SSRİ-nin süqutundan sonra baş verən qlobal geosiyasi dəyişikliklər fonunda yaradılıb.

Birlik SSRİ-nin süqutu ilə bağlı mürəkkəb problemlərin həllinə, suveren müstəqil dövlətlərin qurulmasına, possovet məkanında tarixən qurulan əlaqələrin saxlanması və gələcək inkişafına yardım edir.

Xəbər lenti

Xəbər lenti