...

Sarkozi türklərin və müsəlmanların əleyhinədir – Ərdoğan

Siyasət Materials 23 Dekabr 2011 13:42 (UTC +04:00)
Nikola Sarkozi türklərin və müsəlmanların əleyhinədir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Sarkozi türklərin və müsəlmanların əleyhinədir – Ərdoğan

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir A.Tağıyeva/

Fransa Prezidenti Nikola Sarkozi türklərin və müsəlmanların əleyhinədir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verib.

Ərdoğan deyib ki, əgər Sarkozi əlcəzairlilərin soyqırımından xəbəri yoxdursa, onda qoy bunu Əlcəzairdəki Fransa legionunda xidmət edən öz atasından soruşsun.

Baş nazirin sözlərinə görə, Sarkozi xristianlarla müsəlmanlar arasında münaqişə qızışdırmaqla öz seçki kampaniyasını irəli aparmaq istəyir.

Cümə axşamı Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti