...

Azərbaycanın xarici siyasətdə uğurları onun optimallığını təsdiqləyir - XİN

Siyasət Materials 23 Yanvar 2012 12:49 (UTC +04:00)
2011-ci ildə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar onun optimallığını və balanslaşdırıldığını təsdiqləyib.
Azərbaycanın xarici siyasətdə uğurları onun optimallığını təsdiqləyir - XİN

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir S.Ağayeva /

2011-ci ildə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar onun optimallığını və balanslaşdırıldığını təsdiqləyib. Bu barədə Azərbaycan XİN-in ötən ilin yekunları üzrə hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, buna nümunə kimi Azərbaycanın BMT-nin aparıcı strukturu olan BMT TŞ-yə üzv seçilməsi, beynəlxalq strukturlar və xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığının inkişafını göstərmək olar.

Azərbaycan 2012-2013-cü illər üzrə BMT TŞ-yə qeyri daimi üzv seçilib.

Ötən il ölkədə daxili stabilliyin qorunub saxlanmasına, inqtisadiyyatın inkişaf etdirilməsinə, sosial sahənin və enerji təhlükəsizliyinin, eləcə demokratik proseslərin və institutların inkişafına nail olunub.

Sənəddə qeyd olunur ki, əldə olunan nəticələr yaxın perspektiv üçün ölkə qarşısında yeni vəzifələr qoyur, ölkənin uzunmüddətli maraqlarının təmin edilməsi üçün yeni imkanlar açır.

"Azərbaycan qarşısında ölkənin nüfuzunun genişləndirilməsi, əldə olunan mövqelərdən və demokratik potensialdan səmərəli istifadə etmək vəzifəsi durur", - hesabatda deyilir.

Xəbər lenti

Xəbər lenti