...

Azərbaycanlı deputat AŞ PA-nın məruzəçisi təyin edilib

Siyasət Materials 25 Yanvar 2012 19:33 (UTC +04:00)
Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun üzvü olduğu və yenidən formalaşdırılmış Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin məruzəçisi təyin edilib.
Azərbaycanlı deputat AŞ PA-nın məruzəçisi təyin edilib

Fransa, Strasburq, 25 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun üzvü olduğu və yenidən formalaşdırılmış Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin məruzəçisi təyin edilib. Bu barədə Trend-ə çərşənbə günü millət vəkili özü məlumat verib.

"AŞ PA-nın qış sessiyasının üçüncü iş günündə üzvü olduğum və yenidən formalaşdırılmış Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin xətti ilə daha bir problem üzrə məruzəçi təyin edildim. Diqqəti cəlb edən əsas cəhətlərdən biri bundan ibarətdir ki, budəfəki məruzə də vacib ümumavropa probleminə həsr edilir. "Vətəndaşlıq almaq imkanları" adlanan məruzədə qoyulan problem inteqrasiyanın artdığı müasir dünyada xüsusi aktuallıq kəsb edir", - o deyib.

Millət vəkili bildirib ki, bir sıra Avropa ölkələri miqrantlara vətəndaşlıq vermək istiqamətində şərtləri ildən-ilə çətinləşdirir.

"Vətəndaşlıq istənilən ölkədə problemlərsiz, mühafizə olunaraq yaşamaq, eyni zamanda, siyasi hüquqlardan tam həcmdə istifadə edə bilmək üçün əsas şərtlərdəndir. Bu gün Avropada milyonlarla insanı düşündürən bu məsələ ilə bağlı geniş təhlillər aparılacaq. Həmçinin, məruzədə vətəndaşlıq almanın standartlarının və şərtlərinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra təklif və ideyalar öz əksini tapacaq. Yeni məruzənin bu ilin sonunda AŞ PA-nın plenar iclaslarından birinin gündəliyinə salanacağı nəzərdə tutulur", - Hüseynov qeyd edib.

Xəbər lenti

Xəbər lenti