...

BƏƏ-də səfərdə olan Türkiyə Prezidenti Azərbaycan və türk diasporlarının əməkdaşlığı barədə məlumatlandırılıb

Siyasət Materials 1 Fevral 2012 12:06 (UTC +04:00)
BƏƏ-də səfərdə olan Türkiyə Prezidenti Azərbaycan və türk diasporlarının əməkdaşlığı barədə məlumatlandırılıb
BƏƏ-də səfərdə olan Türkiyə Prezidenti Azərbaycan və türk diasporlarının əməkdaşlığı barədə məlumatlandırılıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Gülün Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri münasibətilə yanvarın 31-də Dubayın Madinat Jumeriah Mina A'Salam hotelinin Mərcan zalında təşkil olunmuş qəbul mərasimində iştirak etmişdir.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Prezident Abdulla Gül Türkiyə səfirliyinin, konsulluğunun əməkdaşlarının, BƏƏ-də yaşayan türk iş adamlarının və digər qonaqların iştirak etdiyi mərasimdə çıxış etmiş, daha sonra bəzi tədbir iştirakçıları ilə, o cümlədən BƏƏ-dəki Azərbaycan diasporunun lideri Samir İmanovla da söhbət etmişdir. Samir İmanov Türkiyə Prezidentini BƏƏ-də yaşayan azərbaycanlıların adından salamlamış, ona BƏƏ-də yaşayan azərbaycanlılarla türklərin sıx əməkdaşlıq və dostluq münasibətləri barədə məlumat vermişdir. "Azərbaycan" Cəmiyyətinin sədri Fransa parlamentində qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun hələ müzakirə mərhələsində ikən BƏƏ-də yaşayan azərbaycanlıların Fransa Milli Assambleyası və Senatına etiraz etdiklərini və adıçəkilən qurumların rəhbərlərinə etiraz müraciətləri ünvanladıqlarını bildirmişdir. Samir İmanov BƏƏ-dəki "Azərbaycan" Cəmiyyətinin həmin qanuna ilk etiraz edən təşkilatlardan biri olduğunu qeyd etmşdir. Samir İmanov dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlılar kimi, BƏƏ-dəki azərbaycanlıların da Azərbaycanla yanaşı qardaş Türkiyənin də maraqlarını daim müdafiə etdiklərini vurğulamışdır.

Türkiyə Prezidenti Abdulla Gül BƏƏ-dəki Azərbaycan diasporunun fəaliyyətini, ölkədə yaşayan azərbaycanlılarla türklərin sıx əməkdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirmiş, "Azərbaycan" Cəmiyyətinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Xəbər lenti

Xəbər lenti