...

ABŞ-dakı ermənilər dövlət katibinə qarşı kampaniyaya başlayıblar

Siyasət Materials 22 Fevral 2012 10:05 (UTC +04:00)
ABŞ-dakı ermənilər dövlət katibi Hillari Klintona qarşı kampaniyaya başlayıblar.
ABŞ-dakı ermənilər dövlət katibinə qarşı kampaniyaya başlayıblar

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

ABŞ-dakı ermənilər dövlət katibi Hillari Klintona qarşı kampaniyaya başlayıblar.

Azərbaycan-Amerika Şurasından Trend-ə verilən məlumata görə, son zamanlar konqresmen Adam Skif və Robert Doldun rəhbərliyi ilə Ermənistan-Amerika xüsusi maraq qrupları ABŞ dövlət katibi Hillari Klintona təzyiq göstərmək üçün kampaniyaya başlayıb.

Kampaniyanın əsas məqsədi Klintonu Fransa parlamentində qəbul olunan qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatını təkzib etməyə məcbur etməkdir.

Qeyd edək ki, bu qanuna münasibət bildirərkən Klinton bəyan etmişdi ki, qanun söz azadlığını ləkələyir və bu məsələ tarixçilər tərəfindən araşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti