...

Prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 9 Mart 2012 20:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Tofiq Bəhramov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Tofiq Bəhramov adına Respublika Stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Tofiq Bəhramov adına Stadionda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Koreya Respublikasının "Samhoa" şirkəti həyata keçirir. 29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatacaq. Burada "ailə otağı" adlanan 16 xüsusi otaq inşa olunacaq.

Təzə inşa olunan tribunanın alt hissəsində 4 komanda üçün eyni vaxtda soyunub-geyinmə otağı tikilir. Tribunada mətbuat üçün kompyuterlərlə təchiz ediləcək 500 nəfərlik xüsusi yer ayrılacaq. Burada, eyni zamanda, 500 nəfər üçün VİP yerlər təşkil olunacaq və VİP restoran fəaliyyət göstərəcək.

Stadiondakı oturacaqların tamamilə yenidən qurulacağı qeyd olunub. Bunun üçün bütün oturacaqların alt hissələrinin təzədən betonlandığı bildirilib. Stadionun su, kanalizasiya və işıqlandırma sistemləri tamamilə yenidən qurulacaq. FİFA-nın və UEFA-nın standartlarına uyğun olaraq stadionun hasarı boyu hər biri 250 nəfərlik yeni sanitariya qovşaqları inşa edilir. Stadionda əlavə olaraq üç yarımstansiyanın inşa ediləcəyi nəzərdə tutulur. Köhnə işıq dirəkləri söküləcək, yeni işıqlandırma sistemi oturacaqların üstündə xüsusi qurğulara birləşdiriləcək. Oturacaqların üst hissəsini saxlamaq üçün 12 metr dərinlikdə dirəklər svalyarla bərkidiləcək. Hər biri 200 tona qədər yükə davamlı olan bu dirəklər, 90 ton yük götürəcək.

Tikintidə əsasən Koreya və yerli inşaat materiallarında istifadə olunur. Yeni quraşdırılacaq konstruksiyanın üstü Almaniya istehsalı olan membran qatı ilə örtüləcək. Stadionun girişində turniketlər qurulacaq. Əlavə tikinti işlərindən sonra meydandakı qaçış zolaqları yenilənəcək, meydanın ot örtüyünün alt hissəsində drenajlar və isitmə sistemləri quraşdırılacaq, ot örtüyü təzələnəcək. Stadion əlavə kamera sistemləri ilə təchiz ediləcək.

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti