...

Rusiya və Qazaxıstan Xəzər dənizinin hüquqi statusunu müzakirə ediblər

Siyasət Materials 20 Mart 2012 17:13 (UTC +04:00)
Qriqori Karasinin Rusiya və Qazaxıstan arasında Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələləri üzrə məsləhətləşmələrin keçirilməsi ilə əlaqədar Moskvada səfərdə olan qazaxıstanlı həmkarı Kayrat Sarıbayla görüşü keçirilib.
Rusiya və Qazaxıstan Xəzər dənizinin hüquqi statusunu müzakirə ediblər

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Rusiya və Qazaxıstan arasında Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələləri üzrə məsləhətləşmələrin keçirilməsi ilə əlaqədar Moskvada səfərdə olan qazaxıstanlı həmkarı Kayrat Sarıbayla görüşü keçirilib. Bu barədə çərşənbə axşamı Trend Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat verir.

Məlumata əsasən, söhbət zamanı əsas diqqət 2010-cu ilin noyabrında Bakıda keçirilən üçüncü Xəzər sammitinin qərarlarının həyata keçirilməsinə ayrılıb.

"Fikir mübadiləsi Xəzər gündəliyi üzrə iki ölkənin mövqelərinin yaxınlığını, onların Xəzərdə hərtərəfli əməkdaşlığın gələcək inkişafına can atmasını, Xəzər dənizinin hüquqi statusunun tezliklə nizamlanmasına nail olunmasını təsdiq edib" , - məlumatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti