...

Valentina Matviyenko: Azərbaycanla əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Aprel 2012 10:31 (UTC +04:00)
Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələrdə və istiqamətlərdə inkişaf edir, bu əməkdaşlığın parlament istiqaməti çox mühüm əhəmiyyət daşıyır.
Valentina Matviyenko: Azərbaycanla əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 10:16-da yayılıb)

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir M.Əliyev/

Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələrdə və istiqamətlərdə inkişaf edir, bu əməkdaşlığın parlament istiqaməti çox mühüm əhəmiyyət daşıyır. Trend-in məlumatına görə, bu barədə Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bazar ertəsi Bakıda bəyan edib.

Matviyenko bazar günü rəsmi səfərlə Bakıya gəlib.

"Biz Azərbaycan parlamenti ilə təkcə ikitərəfli əsasda deyil, həm də Azərbaycan parlamentinin mühüm rol oynadığı MDB Parlament Assambleyası çərçivəsində də əməkdaşlıq edirik", - Matviyenko jurnalistlərə deyib.

Onun sözlərinə görə, iki ölkənin parlamentariləri müntəzəm şəkildə öz mövqelərini müzakirə edirlər. "Ölkələrimizdə gedən demokratik islahatlar artdıqca, parlamentin rolu da artır. Biz ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanan ikitərəfli sazişlərin qanunvericilik təminatı üzrə daha səmərəli işləməliyik", - o qeyd edib.

İki ölkə arasında humanitar əməkdaşlığa toxunan Matviyenko qeyd edib ki, ötən il Azərbaycan və Rusiya prezidentlərinin hamiliyi altında keçirilən ilk beynəlxalq humanitar forum yaxşı ənənəyə çevrilib. "Biz hər il belə forumlar keçirəcəyik və onlar əlaqələrimizin və əməkdaşlığımızın dərinləşməsinə yaxşı imkan verir", - o əlavə edib.

FŞ sədrinin sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında iqtisadiyyatın innovasiyalı inkişafına, elmi texnologiyalara keçidi təmin etmək tapşırığı durur, əlbəttə ki, burada ali məktəblər çox vacib rol oynayır.

Matviyenkonun Azərbaycana ikigünlük səfəri zamanı onun ölkə rəhbərliyi və parlamentində görüşləri planlaşdırılıb.

Rusiyanın Federasiya Şurası sədrinin Bakı Slavyan Universitetinə də baş çəkəcəyi gözlənilir.

Bazar ertəsi Matviyenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

Xəbər lenti

Xəbər lenti