...

YAP Gənclər Birliyi ilə Güləş Federasiyası əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)

Siyasət Materials 11 Aprel 2012 17:16 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Güləş Federasiyası ilə əməkdaşlıq çərçivəsində görüş keçirib.
YAP Gənclər Birliyi ilə Güləş Federasiyası əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Güləş Federasiyası ilə əməkdaşlıq çərçivəsində görüş keçirib.

Trend-in məlumatına görə, Federasiyanın baş katibi Əjdər Cəfərovla baş tutan görüşdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Görüş zamanı çıxış edən Seymur Orucov ölkədə idmana göstərilən qayğı haqqında fikirlərini ifadə edib.

"Cənab Prezident İlham Əliyev ölkəmizdə bütün idman növlərinə olduğu kimi, güləşə də xüsusi önəm verir. 2012-ci il Prezidentimizin sərəncamı ilə "İdman ili" elan olunduqdan sonra Azərbaycanda bütün idman növlərinə daha da qayğı göstərilməyə başlanıldı. Bunun nəticəsidir ki, gənclərimiz həm regionda, həm də dünyanın mötəbər turnirlərində uğurla çıxış edir", - Orucov deyib.

Bu il Londonda keçiriləcək Olimpiya Oyunlarında güləşçilərimizin uğurla çıxış edəcəyini arzu etdiyini vurğulayan Gənclər Birliyinin sədri qeyd edib ki, Londonda keçiriləcək Olimpiya Oyunlarına ümumilikdə veriləcək 108 lisenziyanın 7-ni azərbaycanlı güləşçilər əldə edib.

"Biz ümid edirik ki, Olimpiadada idmançılarımız medallar qazanaraq ölkəmizə qayıdacaq. Bütün bu əldə olunan uğurlara görə Güləş Federasiyasının rəhbərliyinə və bu işdə dəstəyi olan bütün insanlara təşəkkür edirəm", - Orucov deyib.

200 minə yaxın gənci öz ətrafında birləşdirən Birliyin tərkibində müxtəlif idman növləri ilə məşğul olanların olduğunu qeyd edən Orucov güləşə xüsusi dəstək göstərəcəklərini deyib.

Görüşün sonunda Seymur Orucov Federasiyanın baş katibi Əjdər Cəfərova üzərində xam neftlə güləş səhnəsi təsvir olunmuş şəkli xatirə hədiyyəsi olaraq təqdim edib. Baş katib isə öz növbəsində təşkilat sədrinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti