...

İsveçrədə Azərbaycanın iki səfiri çalışacaq

Siyasət Materials 23 Aprel 2012 19:27 (UTC +04:00)
İndi İsveçrədə Azərbaycanın iki səfiri çalışacaq. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın İsveçrədə fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsini şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.
İsveçrədə Azərbaycanın iki səfiri çalışacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Tariverdiyeva/

İndi İsveçrədə Azərbaycanın iki səfiri çalışacaq. Bunu bazar ertəsi Trend-ə Azərbaycanın İsveçrədə fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsini şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

"Əkrəm Zeynallı iqamətgahı Bern şəhərində olmaqla Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında səfiri təyin edilib, Murad Nəcəfbəyli isə iqamətgahı Cenevrədə olmaqla Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlarda səfiri vəzifəsində çalışacaq", - Аbdullayev bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Əkrəm Akif oğlu Zeynallının Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti