...

Bolqarıstan Aİ-yə daha sıx inteqrasiya işində Azərbaycan üçün bələdçi ola bilər - spiker

Siyasət Materials 14 May 2012 12:54 (UTC +04:00)
Bolqarıstan Avropa İttifaqına daha sıx inteqrasiya işində Azərbaycan üçün bələdçi ola bilər.
Bolqarıstan Aİ-yə daha sıx inteqrasiya işində Azərbaycan üçün bələdçi ola bilər - spiker

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Bolqarıstan Avropa İttifaqına daha sıx inteqrasiya işində Azərbaycan üçün bələdçi ola bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva bildirib.

Bolqarıstan parlamentinni spikeri səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşüb.

"Azərbaycan Prezidenti ilə görüş səmərəli oldu, biz energetika, kənd təsərrüfatı, nəqliyyat və başqa sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik, birgə layihələri davam etdirmək üzrə razılığa gəldik", - Tsaçeva bildirib.

Bolqarıstan Xalq Məclisinin sədri Azərbaycana bazar günü gəlib.
Səfər zamanı o Azərbaycan və Bolqarıstanın qanunvericilik orqanları arasında beynəlxalq və regional əməkdaşlıq çərçivəsində, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafı üzrə əməkdaşlıq haqqında danışıqlar aparacaq.

Səfər çərçivəsində Bolqarıstan Xalq Məclisi sədrinin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti