Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamenti deputatların Ermənistanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməsi barədə yayılan məlumatları təkzib edib.
"Ermənistan KİV-ləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mayın 21-dən 24-dək Yerevanda keçirilən 39-cu plenar iclasında iştirak etmək üçün Ermənistanda səfərdə olan Azərbaycan deputatlarının guya "erməni soyqırımı" abidəsini ziyarət etdikləri və əklil qoyduqlarını yazırlar. Biz əlaqə saxladıq, bu, qətiyyən həqiqətə uyğun deyil, çünki həmin yeri ziyarət zamanı Azərbaycan deputatları Gürcüstanın ərazisində olublar", - millət vəkili Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Azərbaycan deputatlarının Yerevanda keçirilən iclasda iştirakı vacib idi, çünki QDİƏT PA-da sədrlik Ermənistandan Azərbaycana keçir.