...

İordaniya Suriyaya keçmək istəyən silahlı qruplaşmanı zərərsizləşdirib

Siyasət Materials 5 İyun 2012 10:53 (UTC +04:00)
İordaniya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində Suriyaya qeyri-qanuni yolla keçmək istəyən silahlı qruplaşma zərərsizləşdirilib.
İordaniya Suriyaya keçmək istəyən silahlı qruplaşmanı zərərsizləşdirib

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Tağıyeva/

İordaniya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində Suriyaya qeyri-qanuni yolla keçmək istəyən silahlı qruplaşma zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat verib.

Telekanalın xəbərinə görə, silahlı dəstə üzvləri Suriyaya keçərək "Azad Suriya Ordusu"na qoşulmaq istəyində olublar.

BMT nin verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən etibarən ölənlərin sayı 10 min nəfəri keçib, 200 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti