...

Hafiz Paşayev: Bu gün Azərbaycan diplomatiyası dünyada yaxşı təmsil olunur

Siyasət Materials 9 İyul 2012 10:24 (UTC +04:00)
Bu gün Azərbaycan diplomatiyası dünyada yaxşı təmsil olunur. Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib.
Hafiz Paşayev: Bu gün Azərbaycan diplomatiyası dünyada yaxşı təmsil olunur

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Ağayeva/

Bu gün Azərbaycan diplomatiyası dünyada yaxşı təmsil olunur. Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib.

Bu gün Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı qeyd olunur.

"Azərbaycan diplomatiyasının çox gənc olmasına baxmayaraq, o, dünyada kifayət qədər yaxşı təmsil olunub", - nazir müavini deyib.

Onun sözlərinə görə, azərbaycanlı diplomatlar peşəkarlıq, işləmək qabiliyyəti kimi cizgiləri xarakterizə edir və onlar Azərbaycanın maraqlarını dünyada yüksək səviyyədə təmsil edirlər.

"Azərbaycan diplomatiyası daim dövlət başçısının diqqətində olub və bu il bir qrup diplomat Prezident tərəfindən təltif olunub. Mən təltif olunanların hamısını təbrik etmək istərdim", - Paşayev bildirib.

Prezident İlham Əliyev şənbə günü Azərbaycanın diplomatik xidmət orqanlarının bəzi əməkdaşlarının mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti