...

Elmar Məmmədyarov: Türkmənistan Azərbaycana heç bir nota göndərməyib

Siyasət Materials 9 İyul 2012 12:54 (UTC +04:00)
Türkmənistan rəsmi olaraq Azərbaycana Xəzərdəki "Kəpəz" yatağı ilə bağlı heç bir təklif, nota göndərməyib.
Elmar Məmmədyarov: Türkmənistan Azərbaycana heç bir nota göndərməyib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Türkmənistan rəsmi olaraq Azərbaycana heç bir təklif, nota göndərməyib. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi hər dəfə təklif verir ki, Rusiya və Qazaxıstanla əldə olunan razılıq mexanizmi Türkmənistanla da əldə edilsin.

"Bu mexanizm İrana da təklif olunub. İnanırıq ki, Xəzər sahilində yerləşən 3 dövlətin gəldiyi razılığa digər 2 dövlət də gələcək", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti