...

İlham Əliyev Bakıda yeni sement zavodunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 10 İyul 2012 13:34 (UTC +04:00)
Dövlətimizin başçısına məlumat verildi ki, quru üsulla məhsul istehsal edən bu zavod Cənubi Qafqaz regionun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaqdır. Quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır.
İlham Əliyev Bakıda yeni sement zavodunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da Bakının Qaradağ rayonunda "Holcim-Azərbaycan" ASC-nin yeni sement zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, quru üsulla məhsul istehsal edən bu zavod Cənubi Qafqaz regionun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaqdır. Quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır. Üç yüz milyon avro dəyərində olan bu layihə yerli məhsulların istehsalını dəstəkləməklə ölkənin inşaat sektorunun daha da inkişafına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti