...

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Siyasət Materials 10 İyul 2012 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.

"Monqolustanın milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Saxiaqiyn Elbeqdorja möhkəm cansağlığı, işlərində uğurlar, dost Monqolustan xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti