...

Elmar Məmmədyarov ABŞ konqressmenlərindən ibarət nümayəndə heyətini qəbul edib

Siyasət Materials 8 Sentyabr 2012 23:30 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ konqressmeni Dana Rohrabaherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov ABŞ konqressmenlərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ konqressmeni Dana Rohrabaherin başçılıq etdiyi nümayəndə heyətini şənbə günü qəbul edib.

Nazir Elmar Məmmədyarov qonaqları salamlamış və iki ölkə arasında mövcud münasibətlərdən məmnunluq ifadə etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı vəziyyət, enerji, təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

ABŞ konqressmeni terrorizmlə aparılan mübarizəyə, xüsusən də Əfqanıstanda aparılan sülhməramlı missiyaya verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq bildirib.

Nazir Elmar Məmmədyarov ölkəmizin terrorizmlə mübarizəyə verdiyi töhfə haqda danışmış, qonaqlara Ermənistan-Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti haqda ətraflı məlumat vermişdir.

Nazir Məmmədyarov qeyd etmişdir ki, regionda təhlükəsizliyin təmin olunaraq davamlı qalması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması olduqca vacibdir. Torpaqların işğaldan azad olunması regionla yanaşı, dünya təhlükəsizliyi üçün də önəmlidir.

Xəbər lenti

Xəbər lenti