...

Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı "Beltmann" piano fabriki ilə tanış olublar (FOTO)

Siyasət Materials 11 Sentyabr 2012 20:53 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan çərşənbə axşamı Qəbələdə "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə tanış olublar.
Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı "Beltmann" piano fabriki ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan çərşənbə axşamı Qəbələdə "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə tanış olublar.

Məlumat verilib ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu "Beltmann" piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürüb və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərib.

Bildirilib ki, 2008-ci ilin fevralında yeni "Beltmann" piano fabrikinin yaradılması ideyası yaranıb və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılıb. 2009-cu ilin sentyabrında fabrikdə üç pianonun hazırlanması ilə "Beltmann" markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada "Beltmann" markalı pianolar yalnız Qəbələdəki "Gilan" fabrikində istehsal olunur.

Mehriban xanım Əliyeva və Əminə xanım Ərdoğan fabrikdə istehsal prosesinə baxıblar.

Qeyd edilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.

Diqqətə çatdırılıb ki, fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası var. Ərazidə əsaslı abadlıq işləri aparılıb.

Mehriban xanım Əliyeva və Əminə xanım Ərdoğan müəssisədə istehsal olunan pianolara baxıblar.

Sonra Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı fabrikin sərgi otağında olub, müəssisənin istehsalı olan pianoda ifa edilən musiqi parçalarını dinləyiblər.

Xəbər lenti

Xəbər lenti