...

Qazaxıstanın yeni Baş nazirinin təyin edilməsi haqqında fərman imzalanıb

Siyasət Materials 24 Sentyabr 2012 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Y.Kosolapova/

Serik Axmetovun Qazaxıstanın yeni Baş naziri vəzifəsinə təyin edilməsi haqqında fərman imzalanıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ölkə parlamentinin Aşağı palatasının sədri (majilismen) Murat Abenov "Twitter" səhifəsində yazıb.

"İndicə Axmetovun təyin edilməsi haqqında fərman imzalanıb! Təbrik edirik!" - Abenov məlumat verib.

Bunadək digər majilismen Muxtar Tinikeyev öz "Twitter" səhifəsində parlamentin Axmetovun namizədliyini tam dəstəkləməsi barədə məlumat vermişdi.

"Parlamentdə hər üç fraksiya Axmetovun Baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib", - Tinikeyev yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın Baş naziri Karim Masimov istefa verib. Dövlət başçısı Nursultan Nazarbayev onun istefasını qəbul edib.

Xəbər lenti

Xəbər lenti