...

Rəcəb Tayyip Ərdoğan: Terror təhlükəsi hələlik aradan qalxmayıb

Siyasət Materials 27 Sentyabr 2012 09:59 (UTC +04:00)
Terror təhlükəsizliyinin aradan qaldırılması və terrora qalib gəlinməsi barədə nəticələr çıxarmaq hələ tezdir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Rəcəb Tayyip Ərdoğan: Terror təhlükəsi hələlik aradan qalxmayıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Terror təhlükəsizliyinin aradan qaldırılması və terrora qalib gəlinməsi barədə nəticələr çıxarmaq hələ tezdir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı "Anadolu" agentliyi yayıb.

Ərdoğanın sözlərinə görə, Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları silahı yerə qoysalar, Türkiyə hərbi əməliyyatları dayandırmağa hazırdır.

Bir qədər əvvəl xəbər verilmişdi ki, Türkiyə hökuməti PKK yaraqlılarına qarşı transsərhəd əməliyyatlar üzrə mandatı uzatmaq üçün parlamentə müraciət edib. Bundan əvvəlki mandatın müddəti oktyabrın 17-də bitir. Yeni mandat çox güman ki, bir il müddətinə veriləcək. Transsərhəd əməliyyatlar üzrə mandat İraqın şimal ərazilərinə şamil edilir.

2011-2012-ci illərdə Türkiyə dəfələrlə İraqın sərhədləri yaxınlığında havada və quruda əməliyyatlar aparıb. İraqın şimalında hərbi kampaniyaya başlamaq haqqında Türkiyə hökumətinin qərarı PKK yaraqlılarının Türkiyə ərazisindəki güc strukturlarının əməkdaşlarına qarşı tez-tez baş verən hücumları ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti