...

Bakı və Moskva arasında Qəbələ RSL üzrə razılaşmanın əldə edilməsi barədə məlumat təkzib olunub

Siyasət Materials 1 Oktyabr 2012 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bakı və Moskva arasında Qəbələ RSL üzrə hər hansı razılaşma əldə olunmayıb. Bu barədə Day.Az etibarlı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın bir sıra KİV-ləri, o cümlədən RİA Novosti agentliyi guya Qəbələ RLS-in icarəyə verilməsi haqqında müqavilənin müddətinin uzadılması məsələsi üzrə razılıq əldə edildiyi barədə məlumat yayıblar.

Məlumatda deyilir ki, tərəflər əvvəlki maliyyə şərtləri ilə (ildə 7 milyon dollar icarə haqqı) yeni üçillik müqavilə bağlamağa yaxındırlar.

Mənbənin bildirdiyinə görə, rəsmi Bakının Qəbələ RLS-in icarəyə qiymətinin 7 milyon dollardan 300 milyon dollaradək artırılması ilə bağlı dəfələrlə bildirdiyi mövqe kifayət qədər əsaslanmış olmasına və bu günün reallıqlarını əks etdirməsinə baxmayaraq, tərəflər arasında razılıq əldə olunmayıb.

"Rusiya informasiya orqanları və agentliklərinin mövcud məsələ ilə bağlı əsaslanmamış spekulyasiya xarakterli məqalələri (müxtəlif düşüncələr, ayrı-ayrı ekspertlərin fikirləri) yaymağa davam etmələri bu kommersiya sazişini siyasiləşdirmək cəhdindən başqa bir şey deyil. Əgər Moskva Qəbələ RLS-dən istifadəni davam etdirmək barədə qərar qəbul edərsə, Bakı yeni icarə qiymətləri ilə daha 3 və ya 5 il bu imkanı verə bilər", - Bakıda mövcud məsələ ilə bağlı məlumatlı mənbə bəyan edib.

Xəbər lenti

Xəbər lenti