...

Gülər Əhmədova Bakı şəhər prokurorluğunda dindirilib

Siyasət Materials 9 Oktyabr 2012 17:47 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkilişlə əlaqədar Əhmədova Bakı şəhər prokurorluğunda dindirilib.
Gülər Əhmədova Bakı şəhər prokurorluğunda dindirilib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı yayımlanmış videoçəkilişlə əlaqədar Əhmədova Bakı şəhər prokurorluğunda dindirilib. Bu barədə Trend-ə hüquq-mühfizə orqanlarındakı mənbədən məlumat verilib.

Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib. Sultanov bildirib ki, bu gün Gülər Əhmədovanın qeyd edilən cinayət işi üzrə şahid qismində ifadəsi alınıb.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti