...

Dövlət Departamenti: Azərbaycan-ABŞ münasibətləri daha da genişlənib və dərinləşib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Oktyabr 2012 14:52 (UTC +04:00)
Azərbaycan-ABŞ münasibətləri son vaxtlar daha da genişlənib və dərinləşib. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən brifinqdə jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin deyib.
Dövlət Departamenti: Azərbaycan-ABŞ münasibətləri daha da genişlənib və dərinləşib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbirlər V.Javoronkova, E.Tariverdiyeva/

Azərbaycan-ABŞ münasibətləri son vaxtlar daha da genişlənib və dərinləşib. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən brifinqdə jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin deyib.

Azərbaycanın işğal edilmiş ərazilərində separatçılar tərəfindən qanunsuz aeroport tikilməsi məsələsinə toxunan Rubin bəyan edib ki, Xankəndində hava limanının açılması kimi məsələlər diplomatik yolla həll edilməlidir.

"ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və biz Minsk qrupunun səylərini qətiyyətlə dəstəkləyirik, - Rubin deyib. - Həmsədrlər Xankəndində aeroportun açılması ilə bağlı bəyanat veriblər və hamı üçün həssas olan məsələnin danışıqlar yolu ilə həll edilməsi vacibdir".

Rubinin sözlərinə görə, Minsk qrupunun himayəsi altında münaqişə tərəflərinin prezidentlərinin görüşü faydalı və yaxşı olardı.

"Bu cür əməllər danışıqlar prosesində geriyə addımdır və danışıqlar prosesində tərəqqinin əldə edilməsini çətinləşdirə bilər. Biz həmsədrlərin fikirlərini bölüşürük. Belə məsələlər diplomatik yolla həll edilməlidir", - Rubin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti